“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeşin aldığı qırmızı vərəqə ləğv edilib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin Premyer Liqanın son turunda meydandan qovulası yanlış hesab edilib. 30 yaşlı oyunçu “Tottenhem”lə ev matçında hakim tərəfindən oyundan çıxarılmış, komandası 0:3 hesabı ilə uduzmuşdu.
Bruno müsahibəsində qərarın yanlış olduğunu dilə gətirmiş, klubu isə apellyasiya şikayəti vermişdi. İngiltərə Futbol Assosiyasıyası mübahisəli epizoda yenidən baxaraq 3 oyunluq cəzasını ləğv edib.
İndi isə mançesterlilər matçın yenidən keçirilməsin tələb etmək niyyətindədir. Fernandeşə göstərilən qırmızı vərəqənin yanlış olduğu dəqiqləşəndən sonra bu qərarın matçın nəticəsini müəyyənləşdirdiyini iddia edən “qırmızı şeytanlar” 0:3-ün ləğv olunmasını, “Tottenhem”lə görüşün təkrar keçirilməsini istəyəcək.