Serxio Ramos karyerasını Misirdə davam etdirə bilər. Yayda “Sevilya”dan ayrıldıqdan sonra klubsuz qalan mərkəz müdafiəçisi maraqlı təklif alıb.

Futbolinfo.az xəbər verir ki, ispan oyunçu ilə “Zamalek” maraqlanır. Ramosun azad agent olması keçidin reallaşması ehtimalını artırır. Səudiyyə Ərəbistanından arzuladığı təklifi almayan Serxio da dəvətə müsbət yanaşır.

38 yaşlı müdafiəçi azı daha 2 mövsüm oynamaq niyyətindədir. Misir təmsilçisi isə 1 illik müqavilə təklif edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp