Fransalı hücumçu Tyerri Anri goal.com portalının versiyasına görə, “Arsenal”ın 21-ci əsrdə ən yaxşı oyunçusu seçilib.

Mənbənin məlumatına görə, reytinqdə ikinci yeri niderlandlı hücumçu Dennis Berqkamp tutub. Üçüncü yerdə fransız Patrik Vieyra qərarlaşıb. Dördüncü yeri digər fransız Robert Pires qazanıbsa, ilk beşliyi isveçli yarımmüdafiəçi Frederik Lyunqberq qapayıb.

Qeyd edək ki, bütün futbolçular 2003/2004-cü il mövsümündə “Arsenal”da çıxış edib və o mövsüm “topçular” heç bir məğlubiyyət yaşamadan İngiltərə çempionu olub.

Anri 1999-2007-ci illərdə “Arsenal”da çıxış edib. Fransalı hücumçu London klubunun heyətində 250-dən çox qol vurub. Anri 2 Premyer Liqa titulu da daxil olmaqla, klubla 7 kubok qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp