ABŞ Antidopinq Agentliyi (USADA) 70 yaşlı idmançı Loretta Törneri diskvalifikasiya edib. Qadağa müddəti 4 il olacaq.
2024-cü ilin iyulunda ABŞ-nin Atletika üzrə çempionatı zamanı Törnerdən götürülən testlərdə oksandrolon və onun metabolitləri aşkar edilib. İdmançının 4 illik diskvalifikasiya müddəti avqustun 9-da başlayıb. Bundan əlavə, Törner iyulun 19-dan etibarən bütün yarışlardan diskvalifikasiya olunub.
Loretta Törner 65-69 yaşlı idmançılar arasında 50, 60 və 100 m qaçışlarda dünyada ən yaxşı nəticələrə malikdir. O, bu nəticələri 2023-cü ildə göstərib.