“Qarabağ”ın sabiq futbolçusu Donald Geryenin yeni klubu bəlli olub.

Futbolinfo.az xəbər verir ki, haitili müdafiəçi Almaniyada oynayacaq.

O, Reyna Liqasında (statusuna görə 6-cı liqa) çıxış edən “Kosmos Koblenz”ə keçib. 31 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Gerye 2017-2019-cu və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə “Neftçi”də, 2023-cü ildə isə “Zirə”də oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp