Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis oktyabrın 4-də media önünə çıxacaq.

Tədbir saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq. Mətbuat konfransında millimizin UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Shares: