“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba “Kəpəz”in şərəfini qoruyacaq.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyinib. O, “Ərzurumspor”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Tuzlaspor” kimi komandalarda oynayıb. Ba “Ərzurumspor” və “İstanbulspor”un heyətində Türkiyə Super Liqasında çıxış edib.

Shares: