NTD klubunun basketbolçusu Qalen Smit yeni mövsümə hazırlığı dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, amerikalı mərkəz hücumçusu bu barədə klubun mətbuat xidmətinə danışıb.

“Ötən mövsümdən yarımçıq işlərimiz qaldığına görə qayıtdım. Burada daha çox şey əldə etmək imkanını da görürəm. NTD klubunda yaxşı məşqçi heyəti və yaxşı insanlar çalışır. Ona görə də komandada qalmaq qərarını çox asanlıqla verdim”, – deyə basketbolçu bildirib.

O, hər oyunda azarkeşlərə yaxşı şou göstərəcəklərini gözlədiyini söyləyib:

“Hər oyunda ən yaxşısını verəcəyimizi və azarkeşlərimiz üçün yaxşı bir şou göstərəcəyimizi gözləyirəm. Biz gənc komandayıq və bütün mövsüm boyunca yüksək əhval-ruhiyyə ilə oynayacağıq. Qarşıdakı mövsümə hazırlıq yaxşı gedir. Əminəm ki, məşqçi heyətimiz bizi yeni mövsümə ən yüksək səviyyədə hazırlayacaq”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Shares: