Bu gün Avropa Liqasının Liqa mərhələsində 2-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti oyununa çıxacaq.

Ağdam klubu İsveçin “Malmö” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzubsa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olub – 0:2.

Avropa Liqası
Liqa mərhələsi

3 oktyabr

20:45. Qarabağ – Malmö
Baş hakim: Anastasios Papapetru (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp