Bu gün UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Malmö” qarşılaşmanın favoritidir.

Futbolinfo.az xəbər verir ki, bu barədə İsveç mətbuatı geniş məqalə dərc edib.

Yazırda “Qarabağ” barədə müsbət fikirlər səsləndirilib. Ağdam təmsilçisinin çox yaxşı ev komandası olduğu və öz meydanında nadir hallarda məğlub olduğu vurğulanıb: “Üstəlik, “Malmö” yorucu uzun məsafə qət edib. Həmçinin təmsilçimizin heyətində itkilər var. Buna baxmayaraq, “Malmö” bugünkü matçın favoritidir”.

İsveçlilər Azərbaycan çempionunun heyətində ən təhlükəli futbolçunun braziliyalı hücumçu Olavio Juninyo olduğunu da qeyd ediblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Shares: