Misli Premyer Liqasında birinci dövrə başa çatmaq üzrədir.
Futbolinfo.az xəbər verir ki, geridə qalan 8 turun birinci hissələri ilə yekun nəticələr arasında ciddi fərqlər var.
Əgər matçlar bir hissədən ibarət olsaydı, hazırda turnir cədvəlinə “Qarabağ” yox, “Turan Tovuz” liderlik edərdi. Tovuz təmsilçisi keçirdiyi 8 qarşılaşmanın 5-də fasiləyə öndə yollanıb. Hazırkı lider “Qarabağ” ilk yarıdakı nəticələrə görə “Turan Tovuz”dan 1 xal geri qalır.
Cari mövsüm hələ də xal üzünə həsrət qalan “Kəpəz” birinci hissələrin nəticələrində də sonuncudur. Ancaq fərq ondadır ki, Gəncə klubu 1 görüşdə fasiləyə öndə yollanıb, 2 oyunda isə hesabda bərabərlik olub.
Matçların birinci hissələrindəki nəticələrə əsasən turnir cədvəli belədir:
4. Turan Tovuz 8 5 2 1 7-2 17
1. Qarabağ 7 5 1 1 11-6 16
3. Zirə 7 4 1 2 7-3 13
6. Şamaxı 7 3 2 2 7-4 11
5. Sabah 8 2 4 2 9-12 10
2. Araz-Naxç. 7 2 3 2 2-3 9
8. Neftçi 8 1 4 3 4-5 7
7. Sumqayıt 8 1 4 3 2-4 7
9. Səbail 8 2 1 5 5-9 7
10. Kəpəz 8 1 2 5 2-8 5