UEFA Konfrans Liqasının Liqa mərhələsində ilk turun oyunları davam edir. Bu gün daha 16 görüş keçiriləcək.

Bu görüşlərdən biri Sumqayıtda olacaq. Belarusun “Dinamo” (Minsk) klubu Mehdi Heseynzadə adına Sumqayıt şəhər stadionunda Şotlandiya təmsilçisi “Harts”ı qəbul edəcək. UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda – “Mehdi Hüseynzadə”də qəbul edəcəklər. Oyun azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Çempionlar və Avropa Liqalarından fərqli olaraq bu turnirin Liqa mərhələsində komandalar 8 deyil, 6 oyun keçiriləcəklər.

Konfrans Liqası

Liqa mərhələsi, 1-ci tur

20:45. Serkl Brügge (Belçika) – Sankt Qallen (İsveçrə)

20:45.Dinamo (Minsk, Belarus) – Harts (Şotlandiya)

20:45.Astana (Qazaxıstan) – TSC (Serbiya)

20:45. Haydenhaym (Almaniya) – Olimpiya (Sloveniya)

20:45. Legiya(Polşa) – Betis (İspaniya)

20:45. Molde (Norveç) – Larne (Şimali İrlandiya)

20:45. Noa (Ermənistan)  – Mlada Boleslav (Çexiya)

20:45. Omoniya (Kipr) – Vikinqur (Andorra)

23:00. Borats (Bosniya və Herseqovina) – Panatinaikos (Yunanıstan)

23:00. Çelsi (İngiltərə) – Gent (Belçika)

23:00. Kopenhagen (Danimarka) – Yaqelloniya (Polşa)

23:00. Fiorentina (İtaliya) – TNS (Uels)

23:00. LASK (Avstriya) – Yurqorden (İsveç)

23:00. Luqano (İsveçrə) – HJK (Finlandiya)

23:00. Petrokub (Moldova) – Pafos (Kipr)

23:00. Şemrok Rovers (İrlandiya) – APOEL (Kipr)

Turun ilk 2 oyunu dünən baş tutub: “Başakşehir” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya) 1:2, “Gimarayeş” (Portuqaliya) – “Selye” (Sloveniya) – 3:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp