Futzal üzrə dünya çempionatının yarımfinal görüşlərindən biri geridə qalıb. Hesabda geridə olan Braziliya yığması Ukrayna üzərində 3:2 hesablı qələbə qazanaraq Özbəkistanda keçirilən turnirin finalına çıxıb.

Ukrayna millisinin heyətində 18-ci dəqiqədə İqor Çernyavski fərqlənib. 21-ci dəqiqədə Rostislav Semençenko avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Bundan dərhal sonra Dieqo ukraynalıların qapısına qol vurub. Görüşün sonlarına yaxın ukraynalılar hesabı bərabərləşdirməyə nail olsalar da , braziliyalılar buna Dieqonun daha bir qolu ilə cavab veriblər.

Finalda braziliyalılar Argentina – Fransa matçının qalibi ilə oynayacaqlar.

Futzal üzrə dünya çempionatı Özbəkistanın üç şəhərində – Əndican, Buxara və Daşkənddə keçirilir.

Shares: