“Ferrari” komandasının sürücüsü Karlos Sayns Monakoda dünya çempionu Tadey Poqaçarla velosiped məşqi edib.

“Tadey Poqaçarın çempionluq titulunu qeyd edirik”, – deyə Sayns sosial şəbəkə hesabında yazıb.

Sloveniyalı Tadey Poqaçar bir ildə velosiped idmanı üzrə “Triple Crown” mükafatını qazanan üçüncü şəxs kimi tarixə düşüb. Bu mükafata “Tour de France”, “Giro d’İtalia” və dünyaçempionu titulları daxildir.

Sentyabrın 22-dən 29-dək Sürixdə keçirilən dünya çempionatında Poqaçar qrup yarışında qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp