Formula 1-in lüks mallar nəhəngi LVMH ilə böyük sponsor müqaviləsi imzalayıb. Gələn ildən başlayaraq bu sözləşmə 10 il davam edəcək. LVMH-ə “Louis Vuitton”, “Moet Hennessy” və “TAG Heuer” kimi bir neçə məşhur brend daxildir.

Xatırladaq ki, “Moet Hennessy” Las-Veqas qran-prisinin sponsorlarından biri olub. “TAG Heuer” isə “Rolex”i əvəz etmək üçün F1 ilə danışıqlar aparıb. Brend uzun müddətdir ki, Monako qran-prisinin və “Red Bull” komandasının sponsorudur.

Beləliklə, gələn ildən etibarən Formula 1 podiumunda sürücülər qələbəni indiki kimi “Ferrari” deyil, “Moet” şampanı ilə bayram edəcəklər və “TAG Heuer” isə yenidən yarışların rəsmi xronometr təchizatçısı olacaq.

Shares: