Fatih Terimn “Neftçi”nin baş məşqçi olacağı ilə bağlı xəbərlər həqiqətdən uzaqdır. Türkiyəli mütəxəssisin namizədliyi, ümumiyyətlə, müzakirə olunmur.
Futbolinfo.az xəbər verir k, Türkiyə mətbuatında “Qalatasaray” əfsanəsinin Bakı klubuna gələcəyi ilə bağlı yazılanlar real deyil. Hətta hazırkı baş məşqçi Roman Qriqorçuk istefaya göndərilsə belə, xələfi Terim olmayacaq. Türkiyəli mütəxəssisin maliyyə arzuları, onun istəyəcəyi futbolçular “Neftçi”nin qarşılaya biləcəyi tələblər deyil.
“Panatinakos”dan istefaya göndərildikdən sonra yeni təklif almayan məşqçinin ətrafında ona yaxın olan media nümayəndələri tez-tez belə ajiotaj yaradır. Bu dəfə türkiyəli idarəçilərin yer aldığı “Neftçi” də “siyahıya salınıb”. Amma bakılıların belə niyyəti yoxdur. Tezliklə klubun bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.