Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) 2024-cü ildə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 52 oyunçu arasında Azərbaycanda çıxış edən bir futbolçu da var. Bu, “Qarabağ”ın hücumçusu Olavio Juninyodur. Braziliyalı forvard il ərzində vurduğu 23 qolla dünyanın ən məhsuldar 33-cü oyunçusudur.

Cədvələ 40 qolla “Sportinq”in və İsveç millisinin forvardı Viktor Qyokeres başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp