Çempionlar Liqasının son turunda het-trik edən Kərim Adeyemi yenidən transfer hədəfinə düşüb. “Liverpul” çoxdandır maraq göstrdiyi hücumçuya diqqəti artırıb.
Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, mersisaydlılar Dortmund “Borussiya”sına 50 milyon avroluq təklif göndərmək niyyətindədir. Razılıq olsa, hücumçu yayda Liverpula köçəcək.
“Liverpul” Adeyemiyə yeni müqavilə təklif etmədikləri və Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilən Məhəmməd Salaha əvəzedici gözü ilə baxır. Amma Almaniya təmsilçisi Kərimi daha baha qiymətə satmaq niyyətindədir. “Bild” dortmundluların 70-80 milyon avro tələb etdiyini yazır.
Xatırladaq ki, “Borussiya” 22 yaşlı oyunçunu 2 il öncə “Zalsburq”dan 30 milyon avroya alıb. Onun almanlarla 2027-ci ilin yayınadək müqaviləsi var.