AFFA Gənclər Liqasında keçirilən “Sabah” – “Qarabağ” oyunu ilə bağlı İntizam Komitəsi qərarlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ağdamlıların futbolçusu Səbuhi Niftiyev ciddi kobud oyuna görə qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb.
“Qarabağ”ın köməkçi məşqçisi Məhəmməd Bədəlbəyli və fiziki hazırlıq üzrə məşqçisi Səid Hacıyev 90+3-cü dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz ediblər. Bu, onların 2 matçlıq diskvalifikasiyasına səbəb olub.
“Sabah”dan isə inzibatçı Aslan Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 matçlıq cəzalandırılıb.