Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Futbolinfo.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir.

Azərbaycan çempionatının mükafat fondu 8000 manatdır. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, oktyabrın 4-dən 7-dək Respublika Şahmat Mərkəzində keçiriləcək turnir rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar ABŞ-nin Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaqlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp