“Bu gün rəqib təmsilçimizə öz oyununu oynamğa imkan versə, hər şey istədiyimiz kimi olacaq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

O, “Qarabağ”ın “Tottenhem”lə matçı unudacağı halda, bu gün qarşılaşacağı “Malmö” ilə ev oyununda hər şeyin qaydasında olacağını düşünür:

“Bu gün “Qarabağ” üçün əhəmiyyətli gündür. Hər birimizin istəyi qələbə qazanmaqdır. Məncə, Ağdam təmsilçisi bu gün öz oyununu oynasa, qələbə qazanacaq. Komandamız “Tottenhem”lə matçı unutsa, hər şey qaydasında olacaq. Düzdür, “Malmö” də güclü rəqibdir. Neçə illərdir ki, özlərini göstərib, sübut ediblər. Amma hər şey “Qarabağ”dan aslıdır. Bəzi komandalar “Qarabağ”a öz oyununu oynamağına imkan vermirdi. Bu gün rəqib təmsilçimizə öz oyununu oynamğa imkan versə, hər şey istədiyimiz kimi olacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: