“Xəzər Lənkəran”, “Keşlə” və “Zirə” klublarının sabiq müdafiəçisi Adrian Skarlatake futbolinfo.az saytına danışıb. Futbolçu karyerasını bitirərək vətənində “Konkordiya”nın meneceri olan rumın futbolçu məşqçi olmaq niyyətindədir.

Skarlatake Azərbaycan futbolunu da izləyir: “Avrokuboklar zamanı Azərbaycanın bütün klublarına azarkeşlik edirəm. “Zirə” Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağa yaxın oldu. “Qarabağ” artıq illərdir ki, avrokuboklarda uğurlu çıxış edir. Onların “Tottenhem”lə oyunlarına baxdım. Səfərdə oynamaqlarına baxmayaraq, çox yaxşı təsir bağışladılar. “Qarabağ” “Tottenhem”lə görüşdə məğlubiyyətə layiq deyildi”.

Adrian həmyerlilərinin – Rumıniya “Styaua”sının “Qarabağ”la oyunu barədə də proqnoz verib: “Çox maraqlı oyun olacaq. Düşünürəm ki, şanslar 51/49 faiz olaraq “Qarabağ”ın xeyrinədir. Çünki “Styaua” bu mövsüm o qədər də yaxşı vəziyyətdə deyil. Üstəlik, bu görüş Bakıda keçiriləcək. İstənilən halda, maraqlı görüş izləyəcəyik”.

Shares: