Yulian Ryerson Dortmund “Borussiya”sında qalacaq. Norveçli sağ cinah müdafiəçisi Almaniya klubu ilə müqaviləsinin müddətini 2028-ci ilin yayınadək uzadıb.

Futbolinfo.az xəbər verir ki, bir neçə klubdan dəvət alan 26 yaşlı oyunçu Bundesliqa nəhəngində qalmağı lazım bilib. Maaşı artırılan Ryerson xüsusilə İngltərədən aldığı sərfəli təklifləri geri çevirib.

Yulian ötən yay 5 milyon avro qarşılığında “Union”dan transfer edilib. 5 il Berlin klubunda oynamış müdafiəçinin hazırkı bazar qiyməti 20 milyon avrodur.

Shares: