Bu gün Avropa Liqasının Liqa mərhələsində 2-ci turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti oyununa çıxıb.

Ağdam klubu İsveçin “Malmö” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start vernişdi. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzmuşdusa, “Malmö” doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olmuçdu – 0:2.

Bu oyunda isə “Malmö” “Qarabağ” üzərində əzmkar qələbəyə sevinib.

Avropa Liqası
Liqa mərhələsi

3 oktyabr

Qarabağ – Malmö 1:2
Qollar: Olavio Juninyo, 15 – Erik Botheym, 19; 47.
Baş hakim: Anastasios Papapetru (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 97. Fabian Buntiç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Malmö: 27. Yohan Dahlin, 8. Serxio Pena, 9. İsaak Kyese Telin, 10. Anders Kristiansen (k), 16. Oliver Berq, 17. Yens Striger, 18. Pontus Yansson, 19. Kolin Röster, 20. Erik Botheym, 23. Lasse Berq Yonsen, 25. Qabriel Busanello.
Ehtiyat oyunçular: 1. Rikardo Fridrix, 30. Yoakim Persson, 4. Soren Rieks, 7. Otto Rozenqren, 13. Martin Olsson, 14. Sebastyan Yorgensen, 22. Taha Ali, 32. Daniel Qudyonsen, 34. Zakaria Lukili, 35. Nils Zattersrom, 37. Adrian Skoqmar, 36. Huqo Bolin.
Baş məşqçi: Henrik Ridström.

Shares: