UEFA Avropa Liqasında 2-ci tur başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Liqa mərhələsində ikinci matçına çıxan Azərbaycan çempionu “Qarabağ” yenə meydanı məğlub tərk edib.

Bakıda İsveçin “Malmö” klubuna uduzan ağdamlılar 2 turdan sonra turnirdə xal qazana bilməyən 6 komandadan biri olub. “Qarabağ”la yanaşı, “Ferensvaroş” (Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), PAOK (Yunanıstan), “Dinamo” (Kiyev, Ukrayna) və “Beşiktaş” (Türkiyə) da keçirdikləri hər iki qarşılaşmada məğlub olublar.

Əvəzində 5 komanda maksimum nəticə göstərib. Bunlar “Latsio” (İtaliya), “Olimpk” (Lion, Fransa), “Tottenhem” (İngiltərə), FCSB (Rumıniya) və “Anderlext”dir (Belçika). Onlardan biri “Qarabağ”ın ilk turdakı, ikisi bundan sonra qarşılaşacağı rəqiblərdir.

Qeyd edək ki, 3-cü turun oyunları oktyabrın 23-24-də keçiriləcək. “Qarabağ” ayın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Ayaks”ı qəbul edəcək.

Shares: