İsveçin “Malmö” klubunun futbolçusu Erik Botheim UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə layiqli qalibiyyət əldə etdiklərini düşünür.

Dubla imza ataraq qarşılaşmanın qəhrəmanı olan Norveç millisinin üzvü özünü komanda yoldaşlarını fərqləndirməyib: “Taktiki cəhətdən fantastik oyun keçirdik. Daha kompakt oynamağa, rəqibə boş sahə verməməyə çalışdıq. Buna da nail olduq. Son bir neçə matçda formamı bərpa edirəm. Belə bir vaxtda qol vurmaq xoşdur. Ancaq qələbə mənim adıma yazılmamalıdır. Komandamızın əməyi barədə danışmağa üstünlük verirəm. Avropa Liqasında səfərdə qələbə qazanmaq böyük güc tələb edir”.

Qeyd edək ki, növbəti tur çərçivəsində oktyabrın 24-də “Qarabağ” “Ayaks”ı, “Malmö” isə “Olimpiakos”u qəbul edəcək.

Shares: