“Real”ın üzvü Antonio Rudiger oynadığı mövqeyə daha bir oyunçu istəyir. “Real”ın mərkəz müdafiəçisi rotasiya üçün güclu bir arxa xətt oyunçusuna ehtiyac duyduqlarını deyib.

Futbolinfo.az xəbər verir ki, zədələr üzündən xeyli əziyyət çəkən İspaniya nəhəngi qışda, ən geci mövsümün sonunda yeni transfer reallaşdırmalıdır. Almaniya millisinin üzvünün namizədi var: “Eder Militaodan məmnunam, onunla yanaşı oynamaq çox rahatdır. Amma o, zədədən qayıtdı, formaya düşməyi vaxt alır. Mənim də belə şeylər başıma gəlir. Komanda çətin vəziyyətə düşməməlidir, daha bir yaxşı mərkəz müdafiəçisinə ehtiyac var. Belədə rotasiya etmək mümkün olacaq, komanda büdrəməyəcək. Uilyam Salibanın gəlişi əla olar”.

Militaonun Salibadan bəhs etməsi təsadüfi deyil. “Real” “Arsenal”ın müdafiəçisin heyətinə qatmaq üçün səy göstərir. Fransa yığmasının oyunçusu madridlilərlə danışıqlara başlamaq üçün londonluların razılığını gözləyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp