Futzal üzrə dünya çempionatında ikinci yarımfinal qarşılaşması da baş tutub. Argentina milli komandası fransızlar üzərində qələbə qazanıb – 3:2.

Bununla da , onlar finalda oynamaq imkanı əldə ediblər. Argentina millisinin həlledici oyunda rəqibi Braziliya yığması olacaq. Braziliyalılar bir gün əvvəl yarımfinalda eyni hesabla Ukrayna üzərində qələbə qazanmışdılar.

Xatırladaq ki, futzal üzrə dünya çempionatı Özbəkistanın 3 şəhərində keçirilir. Turnirin son qalibi Portuqaliya millisidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp