Fransanın baş naziri Mişel Barnier Beynəlxalq Olimpiya Komitəsinə 2030-cu ildə Alp dağlarında Qış Olimpiadasını təşkil etmək üçün dövlətin maliyyə öhdəliklərinə dair sənəd göndərib.

“Olimpiya Oyunlarının Təşkilat Komitəsinin hər hansı mümkün büdcə çatışmazlığının maliyyələşdirilməsini təsdiqləyirəm və təmin etməyi öhdəmə götürürəm. Bu öhdəliyə təşkilat komitəsinə verilən avansların və ya digər töhfələrin BOK tərəfindən ödənilməsi daxildir”, – deyə baş nazir X sosial şəbəkəsində dərc olunan məktubunda yazıb.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün Fransanı seçib. Bu barədə BOK-un 142-ci sessiyasında məlumat verilib.

Shares: