Basketbol üzrə Avroliqa turnirinə start verilib. Yeni mövsümün açılışı Berlində baş tutub. Yerli “Alba” komandası son çempion “Panatinaikos”u qəbul edib.

Gözlənildiyi kimi qonaqlar oyunu qələbə ilə başa vurublar – 87:77. Ən çox xal toplayan oyunçu Kebndrik Nan olub. Onun aktivində 18 xal var.

Bu il güclənməyə meylli olan “Jalgiris” doğma meydançada “Barselona”nı məğlubiyyətə uğradıb – 74:67. Liqanın əsas favoritlərindən sayılan “Monako” da turnirə qələbə ilə başlayıb. Knyazlıq təmsilçisi evdə “Milan” üzərində rahat qələbə (93:80) qazanıb.

Gərgin keçən “Baskoniya” – “Partizan” oyununda meydan sahibləri son dəqiqələrdə dönüş edə biliblər. Onlar 88:82 hesablı qələbəyə sevinib.

Əsas sensasiyalardan biri Münhendə baş verib. “Bayern” Madrid “Real”ını məğlubiyyətə uğradıb – 97:89. Burada da dönüş son periodda baş verib. 13 xal geridə olmasına baxmayaraq, münhenlilər qələbə qazana biliblər.

Shares: