“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqın yerinə əsas namizədlə bağlı qərar verib. Bu barədə “TEAMtalk” xəbər verib.

Mənbə “qırmızı şeytanlar”ın Tomas Tuheli bu postda görmək istədiyini yazır. Məlumata görə, 51 yaşlı alman mütəxəssis Premyer Liqaya qayıtmağa hazırdır.

Xatırladaq ki, Tuhel keçən mövsümün sonunda “Bayern”dən ayrılıb və hazırda işsizdir. O, əvvəllər “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı və digər komandaları çalışdırıb.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Bu mövsüm mankunianlılar 6 oyunda 7 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Shares: