Olimpiya proqramının genişləndirilməsi BOK-un son illərdə həyata keçirdiyi əsas tendensiyalardan biridir. Komitə tamaşaçıları cəlb etmək, maliyyələşməni artırmaq və yeni bazarları ələ keçirmək üçün oyunlardakı növləri şaxələndirməyi hədəfləyir.

Yeniliklər artıq hokkeyə də gəlib çıxıb. IIHF prezidenti Lyuk Tardif, Yunanıstanda keçirilən son konqresdə Fransanın ev sahibliyi edəcəyi 2030-cu il Olimpiya Oyunlarının proqramına 3-ə 3 hokkeyi də daxil etməyi təklif edib. Federasiya 2025-ci ilin yanvarına qədər BOK-a müvafiq təklif hazırlayıb göndərəcək.  Yekun qərar mart ayında veriləcək.

Xatırladaq ki, bir idman növündə oyunçu sayının dəyişdirilməsi artıq trendə çevrilib. Buna misal kimi 3X3 basketbol və 7 oyunçuluq reqbini çəkmək olar.

Shares: