15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün üçüncü – sonuncu matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, U-15 Bakı vaxtı ilə saat 17:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Azərbaycan millisi daha öncə Belarus (1:2) və Rusiya (1:3) yığmalarına məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp