“Yuventus” Serxio Ramosu heyətinə qata bilər. Turinlilər 38 yaşlı müdafiəçinin xidmətinə möhtacdır.

Futbolinfo.az xəbər verir ki, komandanın əsas heyət üzvü Bremerin ağır zədə alaraq mövsümü erkən başa vurması İtaliya nəhəngini hərəkətə keçirib. Transfer pəncərəsi bağlandığı üçün yeni oyunçu almaq imkanı olmayan “Qoca sinyora” yalnız azad agentlərə üz tuta bilər. Hazırda bu baxımdan ən deal namizəd Ramosdur.

“Sevilya”dan ayrıldıqdan sonra işsiz qalan, hazırda Misir “Zamelek”i ilə danışıqlar aparan Serxio qəfil təklifdən sonra düşünmək məcburiyyətində qalıb. O, iddialı komandada daha bir mövsüm keçirməyin əleyhinə deyil.

Hələlik danışıqlar gedir. Ramos “Yuventus”un rəsmi təklifini gözləyir.

Shares: