Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.
Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
– Ramil Şeydayevlə Emin Mahmudovu bağışlamısız?
– Necə yəni bağışlamaq? Kimisə bağışlayacaq adam deyiləm. Hansısa futbolçumuz üçün cəza prinsipi yoxdur. Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram. Düzdür, verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan kapitandır, qərar verməyi bacarmalıdır. Ancaq futbolçunu xoşum gəlir, ya gəlmir deyə, onu milliyə dəvət etmirəm. Emin keyfiyyətli futbolçudur. Ona görə milliyə dəvət edirəm.
– Emin Mahmudov “Neftçi”də son iki matçda oynamayıb. Onu milliyə dəvət etmək nə dərəcədə doğrudur?
– Tibb heyətindən məlumat verilib ki, heç bir zədəsi yoxdur. Yeganə Şahruddin Məhəmmədəliyevdir ki, onun xidmətindən istifadə edə bilməyəcəyik. Bəhlul Mustafazadəddir ki, zədə şübhəsi var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq.Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etdim. Bəhlulla bağlı məsələ aydın deyil.
– Dördüncü oyundan sonra millimizi neçə xalla neçənci pillədə görürsüz?
– Slovakiya ilə yenidən qarşılaşacağıq. Zəif rəqib deyil. Neçə xalla bitirəcəyik, deyə bilmərəm. Çünki gələcəyi görmürəm. Bir şeyi deyə bilərəm ki, futbolçularıma güvənirəm. Bilirəm ki, onları daha yaxşısını edə bilərlər. Onlar da dərk edirlər ki, nələrisə dəyişmək lazımdır. Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Ən azından mentaliteti dəyişmək lazımdır, komanda kimi fikirləşmək lazımdır. Fərdilikdən əl çəkmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Fərdi olaraq, güclü olmalıyıq. Nələri dəyişmək lazım olduğunu bilirik. Amma bir oyun üçün yox, gələcəyə görə. Futbolçularla işləyəndən sonra gördüm ki, çox həvəslidirlər. Bu yolla davam etməliyik. İnanıram ki, istədiyimizə çatacağıq.
– Deyirsiz ki, mentaliteti dəyişmək lazımdır. Canni De Byazi də eyni sözü demişdi, amma bunu bacarmadı. Mentaliteti dəyişmək üçün neçə il lazımdır? Hansı addımları atmalısız ki, mentalitet dəyişsin?
– Dəyişəcəyik, dəyişməliyik. Hansı futbolçu mentaliteti dəyişmək istəməyəcəyik, seçimimizi başqa futbolçudan yana edəcəyik. Futbolçularıma inanıram. İnanıram ki, mentalitt dəyişikliyinə hazırdırlar. İkinci dəfə bir yerə yığışacağıq. Çətin olsa da, çalışacağıq ki, mentaliteti dəyişək. Qərarlar verməliyik. Burada nələrisə dəyişmək üçün gəlmişəm. Hansı addımları atmaq lazım olduğunu bilirəm. Hamısına şamil etmirəm, bir çox futbolçu var ki, daha çox özləri haqda düşünürlər. Amma komanda kimi fikirləşmək lazımdır. Dəyişəcək əsas şey budur. Futbolun inkişafını istəyiriksə, bu məsələlər dəyişməlidir. Fərdilikdən əl çəkmək lazımdır.
– AFFA-nın yeni strategiyası ilə bağlı hansı təklifləri vermisiz? Yeni strategiyanı necə görürsüz?
– Bir layihəyimiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqlar olub, bu aramızda qalsın. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun.
– Emin Mahmudov milliyə niyə dəvət edilir?
– Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirimsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi qərar verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan mllisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq.Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyiirk. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz. Bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyirlər deyə, milliyə cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır. Mən həmişə bu tərzəd işləmişəm, işləməyə də davam edəcəm. Bu mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur, mümkün deyil. (Sportal)