FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək klublar üçün güzəşt edəcək. Qurum bu komandalar üçün əlavə transfer pəncərəsi açılacağını rəsmən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, yarışa vəsiqə əldə edən klublar heyətini gücləndirmək üçün 1-10 iyun tarixində müqavilələr bağlaya biləcək. Ayın 15-də başlayacaq yarış ərəfəsndə bu, əlavə imkandır.

Lakin klubların bu fürsətdən istifadə etməsi üçün iştirakçıların təmsil etdiyi ölkələrdə də eyni icazəni alması lazımdır. Hazırda bununla bağlı işlər aparılır.

Shares: