Roman Qriqorçuk yenə “Neftçi”nin baş məşqçi vəzifəsindən istefa verməyib. İyunun 26-da paytaxt klubuna təyin olunan ukraynalı mütəxəssis 100-cü günü tamam olarkən alınan acınacaqlı məğlubiyyətdən sonra da klubda qalmağı qərara alıb.

Futbolinfo.az xəbər verir ki, 2015-18-ci illərdə “Qəbələ”yə uğurla rəhbərlik edən Qriqorçukun Azərbaycana 2-ci gəlişi fiasko ilə nəticələnib. O, “Neftçi”ni meydana çıxardığı 9 çempionat görüşündə qələbəyə həsrət qalıb. 5 heç-heçə, 4 məğlubiyyətlə hazırda 8-ci pillədə olan bakılılar elitanı tərk etmək təhlükəsi lə üz-üzədir.

Ukraynalı məşqçinin arzuları “Kəpəz”lə oyunda da çin olmayıb. Xalı olmayan aşkar autsayderlə görüşdə ilk qələbəni qazanmaq ümidində olan Qriqorçuk 3:4 hesablı yenilgidən sonra özü qələbəsiz qalan yeganə komandanın məşqçisinə çevrilib.

Shares: