Yunanıstanın PAOK klubunun rəhbərliyi komandanın futbolçularını son oyunlardakı uğursuz nəticələrinə görə cərimələyib. Cərimənin məbləği barədə məlumat verilmir.

PAOK Avropa Liqasının Liqa mərhələsinin ilk iki turunda müvafiq olaraq Türkiyənin “Qalatasaray” (1:3) və Rumıniya FCSB (0:1) kollektivinə uduzub. Yunanıstan çempionatında isə “Aris”ə (0:1) məğlubiyyət qeydə alınıb.

Saloniki təmsilçisi 6 turdan sonra 13 xalla ölkə çempionatının turnir cədvəlində 3-cü sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp