Madrid “Real”ı və PSJ-nin sabiq hücumçusu Xese Rodriges “Johor Darul Takzim”ə keçməyə hazırlaşır. “Marca”nın məlumatına görə , Malayziya klubu yanvar ayından komandasız qalan 31 yaşlı ispaniyalıya təklif göndərib.

Bu, Xesenin “Real”, PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, “Ankaragücü”, “Sampdoriya” və “Koritiba”dan sonra onuncu komandası olacaq.

Mənbənin sözlərinə görə, “Cohor Darul” dünyaca məşhur daha bir futbolçu ilə müqavilə imzalamaq istəyib. Klub Radamel Falkao ilə razılığa gəlməyə çalışsa da, kolumbiyalı “Millionarios”u seçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp