3 oyunla Avroliqanın birinci turuna yekun vurulub. Turun ən vacib oyunu İstanbulda baş tutub. Keçən mövsüm “Dördlər finalı”nın iki iştirakçısı – “Fənərbağça” ilə “Olimpiakos” qarşılaşıb.

Oyun boyu meydan sahiblərinin üstünlüyü maşhidə edilib. Bəzi məqamlarda yunan təmsilçisi önə keçsə də, “Fənərbağça” qələbəni əldən verməyib – 82:71.

Meydan sahiblərinin heyətində Bolduin 19 xal toplayıb. Lakin ev sahibləri üçün üzücü xəbər əsas oyunçu Vilbekinin zədələnməsi olub.

Türkiyənin digər komandası “Anadolu Efes” də turnirə qələbə başlayıb. İstanbul klubu səfərdə “Virtus Bolonya”nı məğlubiyyətə uğradıb – 76:67.

Liqanın debütantı “Paris” komandası isə startda uğursuzlua düçar olub. Fransızlar evdə “Srvena Zvezda”ya 77:80 hesabı ilə yenilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp