Milli Basketbol Assosiasiyasının tanınmış oyunçusu, “Denver Nuggets” klubunun lideri serbiyalı Nikola Yokiç “Barselona”, “Arsenal” və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri ilə selfi çəkdirib.

Xatırladaq ki, MBA-nın ötən mövsümündə serbiyalı mərkəz basketbolçusu 79 matçda iştirak edib. Nikola Yokiç hər oyunda orta hesabla 26,4 xal, 12,4 ribaund, 9,0 asist və 1,3 topalma edib. O, həmçinin 2023/2024-cü il mövsümünün MVP-si seçilib. Bundan əlavə, yayda Yokiç milli komandayla Olimpiya Oyunlarının bürünc medalçısı olub.

Ulduz idmançılar Parisdə Avroliqanın oyununda görüşüblər.

Shares: