“Qarabağ”a qalib gəlməyimiz komandamıza olan inamı və etibarı bir qədər də artırdı.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Malmö”nün (İsveç) baş məşqçisi Henrik Ryudström klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İsveç çempionatının XXVI turunda qarşılaşacaqları “Vernamu” oyunu öncəsi danışan mütəxəssis Ağdam təmsilçisi ilə matçda qalib gəlmək üçün böyük səy göstərdiklərini bildirib:

“Qarabağ”la matçda böyük səy göstərdik və nəticədə qalib gəldik. Bu qələbə özümüzə olan inamı bir qədər də artırdı. Avropa Liqasındakı qələbədən sonra bütün diqqətimizi “Vernamu” ilə görüşə yönəltmişik”.

Avropa Liqasının 2-ci turunda doğma meydanda “Malmö” ilə qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp