Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Səbail” “Şamaxı”nı qəbul edib.

Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün sonuncu oyunu isə “Sabah”la “Araz-Naxçıvan” arasında keçirəcək.

Daha öncə “Kəpəz” “Neftçi”yə 4:3 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

5 oktyabr

“Səbail” – “Şamaxı” 2:0
Qollar: Qorka Larruçea, 27. Madi Keta, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
“Bayıl Arena”, 17:00.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Larruçea, 44. Amir Bilali (k), 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp