Bu ay avarçəkmə üzrə Mingəçevir reqatası baş tutacaq. Nüfuzlu yarışda Nur şəhərindən olan yeniyetmə avarçəkənlər də mübarizə aparacaq.

Yarışa böyük heyətlə qatılacaq mingəçevirlilər hər gün təşkil olunan təlim-məşq toplanışlarında səylə hazırlaşır. Məqsəd reqatada uğurlu çıxış edib medallar qazanmaqdır.

Qeyd edək ki, Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

BƏHRUZ MUSAYEV

5a56fa2e 2e6c 4b22 a5f6 13621775904d - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp