Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Sabah”la “Araz-Naxçıvan” arasında keçirilib.

Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Daha öncə “Kəpəz” “Neftçi”yə 4:3, “Səbail” isə “Şamaxı”ya 2:0 hesabıyla qalib gəlib. “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
9-cu tur

5 oktyabr

“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Boyan Letiç, 5 – Felipe Santos, 7.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
“Masazır Arena”, 19:30.

Sabah: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç 4. İqor Ribeyro 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 17. İssuf Paro.
Baş məşqçi: Elmar Baxşıyev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp