Azərbaycan taekvondoçusu Hüseyn Xudiyev (73 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, milli üzvü yarımfinalda uduzaraq üçüncü olub.

O, Qırğızıstan, Serbiya, Kosovo və Fransadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə iranlı rəqibinə məğlub olub.

Daha əvvəl Vasif Səlimov (63 kq) mundialın bürünc medalına sahib çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp