Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” Polşa çempionatında növbəti matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Radom təmsilçisi 11-ci turda “Rakuv”u qəbul edib və 0:2 hesabıyla uduzub.

Məmmədov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Rahil sonadək oynayb.

“Radomyak” hazırda turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp