Bərdədə qılıncoynatmanın rapira növü üzrə rayon turniri keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan birincilikdə 2009-2013, 2014-2017-ci il təvəllüdlü idmançılar mübarizə aparıb. Ümumilikdə 20 qılıncoynadanın yarışdığı yarış bir gün davam edib.

Yekunda yüksək yerləri tutan iştirakçılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunub. Qızlar arasında Fəridə Süleymanova, oğlanlar arasında isə Yusif Əliyev yarışı qalib kimi başa vuraraq region birinciliyinə vəsiqə əldə ediblər.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp