Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda eyni xala malik olduğu “Zirə”ni qəbul edəcək.

Lider “Qarabağ” isə bu turda “Sumqayıt”ın qonağı olacaq.

Daha öncə “Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib (1:1), “Kəpəz” “Neftçi”ni (4:3), “Səbail” isə “Şamaxı”nı (2:0) məğlub yola salıb.

Misli Premyer Liqası
9-cu tur

6 oktyabr

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu, 17:45.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp