Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda 3-cü mərhələyə yüksəlib.

Futbolinfo.az xəbər verir ki, 2-ci mərhələnin cavab oyununda Lüksemburqun “Differdanj” kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən “Qarabağ” adını növbəti mərhələyə yazdırıb.

3-cü mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp